Bunu çayların minalanması da hesab etmək olar

Ermənistan Azərbaycana qarşı bütün dövrlərdə və bütün mümkün sahələrdə düşmənçilik siyasəti yeridib.

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

Bura Azərbaycan insanını fiziki cəhətdən məhv etməkdən tutmuş, hökmləri çatan ərazilərdə azərbaycanlıların izini yer üzündən silməyə qədər daxildir. O cümlədən abidələrimiz məhv edilib, toponimlərimiz dəyişdirilib, çaylarımızın qarşısı kəsilib, sularımız zəhərləndirilib və s. Məsələn, 1970-ci ildə Göyçə gölünü su ilə təmin etmək bəhanəsi ilə Arpa çayından Göyçə gölünə iri bir tunel çəkildi və bununla da Dərələyəzin bir çox azərbaycanlı kəndləri və Naxçıvanın Şərur rayonu böyük bir su mənbəyindən məhrum edildi.

Ermənistandakı çayların əksəriyyəti Araz hövzəsinə daxil olduğu üçün ermənilər qəsdən bu çayların mənsəbinə yaxın yerlərdə sulara zəhərli maddələr buraxır, bununla da Azərbaycana qarşı ekoloji terror törədirdilər. Sovet dövründə bunun qarşısı qismən alınsa da, son 30 ildə ermənilərin bu fəaliyyəti artıq bütün sərhədləri aşdı, ermənilər öz cinayətkar, faşist xislətlərini bütün eybəcərliyi, murdarlığı ilə ortaya qoydular. Əslində, bunu çayların minalanması da hesab etmək olar. Təsəvvür edin, Arazın sol qolu olub,Qərbi Zəngəzurun Qafan rayonu və Şərqi Zəngəzurun Zəngilan rayonu ərazisindən keçən, uzunluğu 85 km olan Oxçu çayının üzərində yerləşən Qafan dağ-mədən və emal zavodunun və Zəngəzur mis-molibden kombinatının bütün zəhərli maddələri, çirkab suları bu çay vasitəsilə Ermənistan tərəfindən Zəngilan ərazisinə, oradan da Araza və Araz vasitəsilə də bütün Azərbaycana axıdılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir